Minsk qrupunun həmsədrləri Yerevanda səfərdədir
Digər ölkələr
- 14 dekabr, 2020
- 09:05
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib. Tərəflər Qarabağdakı durumu müzakirə ediblər.
Onların Ermənistanın baş naziri Nikol Paşinyan ilə də görüşəcəyi gözlənilir.
Son xəbərlər
02:21
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
Region02:07
DÇ-2026: Fransa - İraq oyununda ikinci hissə təxirə salınıb - YENİLƏNİB-3
Futbol02:06
"Al-Hadath": Fransa İran əleyhinə sanksiyaların ləğvinə qarşıdır
Digər ölkələr01:46
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir
Digər ölkələr01:28
ABŞ-nin Sahil Mühafizəsinin helikopteri Alyaskada qəzaya uğrayıb
Digər ölkələr01:12
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
Futbol01:07
Ankarada iyunun 28-dən iyulun 11-dək aksiyaların keçirilməsi qadağan olunub
Region00:39
Kanadada sinaqoqun qarşısında silahlı insident olub, ölənlər var
Digər ölkələr00:19