Merkel Buenos-Ayresdə yerli sakinlərlə şam edib - VİDEO
Digər ölkələr
- 02 dekabr, 2018
- 07:42
Bakı. 2 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel G20 sammiti çərçivəsində keçirilən tədbirlər başa çatdıqdan sonra Buenos-Ayres restoranlarından birində sıravi vətəndaşlarla birgə şam edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.
Bildirilir ki, sammit proqramı başa çatdıqdan sonra kansler kiçik nümayəndə heyəti ilə öz keyfiyyəti ilə məşhur olan Argentina ətinin dadına baxmaq üçün Palermo rayonunda yerləşən "steyk-hausa" gedib.
Restoranın qarşısından keçən yol bağlansa da, yerli sakinlər yüksək səviyyəli qonağı restoranın pəncərəsindən görə biliblər. Bundan əlavə, qeyd olunur ki, gecənin sonunda obyektin qarşısına Merkelin şəklini çəkmək istəyən xeyli sayda insan toplaşıb.
Son xəbərlər
11:13
Xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda cərimələr dəyişir
Milli Məclis11:12
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Region11:11
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
Fərdi11:09
Jamal Sellami: "Əlcəzairlə oyunda təcrübəsizlik ucbatından uduzduq"
Futbol11:07
Dövlət qulluqçularının peşə bayramı: tarixi, əhəmiyyəti və müasir çağırışlar
Daxili siyasət11:03
Bakıda Qlobal İslam İqlim Maliyyəsi Alyansının yaradılması təklif edilib
Maliyyə11:03
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
Xarici siyasət11:01
İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyət ləğv ediləcək
Milli Məclis11:01