Melaniya Tramp Kiyevdə birinci xanımların sammitində iştirak etməyəcək
Digər ölkələr
- 08 sentyabr, 2025
- 17:27
ABŞ-nin birinci xanımı Melaniya Tramp Kiyevdə keçiriləcək birinci xanımlar və cənabların beşinci sammitində iştirak etməyəcək.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya sammit ərəfəsində keçirilən mətbuat konfransında bildirib.
"Birləşmiş Ştatların birinci xanımı da dəvət edilib. Təəssüf ki, bu dəfə o, iştirak etməyəcək, lakin biz bu ayın sonunda Nyu-Yorkda görüşlər planlaşdırırıq. Düşünürəm ki, bu gün Kiyevdə müzakirə olunacaq mövzular Nyu-Yorkda da müzakirə ediləcək", - Y.Zelenskaya qeyd edib.
Xatırladaq ki, Kiyevdə birinci xanımlar və cənabların beşinci sammiti 10-11 sentyabr tarixlərində keçiriləcək.
Son xəbərlər
07:00
DÇ-2026: Misir Yeni Zelandiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6
Futbol06:59
ABŞ Karib dənizində narkotik alverçilərinin gəmisinə zərbə endirib
Digər ölkələr06:02
Əraqçi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının konkret nəticələrini açıqlayıb
Region05:39
Marselo Byelsa: "Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildik"
Futbol05:34
ABŞ və İran 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb - YENİLƏNİB-3
Digər ölkələr05:10
Kabo Verdenin baş məşqçisi Bubista: "Əldə etdiyimiz nəticədən məmnun qalmağa haqqımız çatır"
Futbol05:07
Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub
Region04:51
Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub
Digər ölkələr04:15