Meksikada helikopter qəzaya uğrayıb, ölən var
- 24 aprel, 2021
- 01:37

Meksikanın Nuevo-Leon ştatının Apodaka bələdiyyəsində “Augusta 109” helikopteri qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə ştatın mülki müdafiə xidməti bildirib.
Qeyd edilir ki, qəza yerində bir nəfərin meyiti aşkarlanıb.
"Laredo şosesinin 19-cu kilometrliyində hərbi bazanın arxasında, Apodaka bələdiyyəsi ərazisinə helikopter düşüb və yanıb. Hadisə yerində insan meyiti aşkar edilib", - polisin tvitterdəki səhifəsində bildirilir.
Bildirilir ki, həlak olan şəxsdir helikopterin pilotudur. Hadisə yerində xilasedicilər işləyir.
Caída de Helicóptero
— Protección Civil NL (@PC_NuevoLeon) April 23, 2021
Ubicación: Carretera a Laredo km 19 de Norte a Sur, Mun. Apodaca N.L. atrás del campo Militar
Se reporta caída de un helicóptero el cual comienza a incendiarse.
Fuerza Civil confirma el desplome de la nave y el incendio.
️: pic.twitter.com/ZwgDWlyEFn