Meksikada güclü yağışlar səbəbindən ölənlərin sayı 72-yə çatıb
Digər ölkələr
- 17 oktyabr, 2025
- 22:59
Meksikada leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 72-yə yüksəlib. Daha əvvəl bu rəqəmin 70 olduğu bildirilirdi.
"Report" xəbər verir ki, bu barədə təbii fəlakətin nəticələrinin monitorinqi üzrə hökumət portalında məlumat verilib.
Ən çox ölənlərin sayı – 32 nəfər Meksikanın şərqindəki Verakrus ştatında qeydə alınıb. İdalqo ştatında 21 nəfər ölüb. Puebla ştatında təbii fəlakət 18 nəfərin həyatına son qoyub, Keretaro ştatında isə bir nəfər ölüb. Qırx səkkiz nəfər itkin düşüb.
Səlahiyyətlilərin məlumatına görə, ən çox ölkənin cənub və mərkəzi bölgələri zərər çəkib.
Axtarış-xilasetmə əməliyyatları davam edir, yüzlərlə insan təxliyə mərkəzlərində qalır.
Son xəbərlər
00:57
Rusiya XİN: Moskva ümid edir ki, İrəvan anti-Rusiya bloklarının standartlarına uyğunlaşmayacaq
Region00:36
Foto
Türkiyədə təcili tibbi yardım maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var
Region00:22
Göyçayda avtomobil elektrik dirəklərini aşırıb, 3 kənd işıqsız qalıb
Hadisə00:13
Xamenei son etirazları dövlət çevrilişinə cəhd adlandırıb
Region23:49
Rusiya XİN: ABŞ ilə məhbusların mübadiləsi üzrə iş gedir
Region23:39
Ukrayna Aİ-dən sonra SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Digər ölkələr23:25
BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib
Digər ölkələr23:18
Dünya Bankı Ukraynaya enerji sisteminin bərpası üçün 40 milyon dollar göndərəcək
Digər ölkələr23:04