Meksikada təyyarə qəzasında altı nəfər həlak olub - Yenilənib

Digər ölkələr
  • 16 dekabr, 2025
  • 02:15
Meksikada təyyarə qəzasında altı nəfər həlak olub - Yenilənib

Meksika ştatının Toluka Beynəlxalq Hava Limanı yaxınlığında özəl biznes təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı altı nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "X" hesabında ştatının Mülki Müdafiə Xidməti məlumat verib.

"Söhbət Akapulkodan Tolukaya uçan "XA-PRO" quyruq nömrəli "Cessna Citation III" özəl təyyarəsindən gedir. Təyyarədə səkkiz sərnişin və iki heyət üzvü olub. İlkin məlumatlara görə, altı nəfər ölüb", - deyə paylaşımda vurğulanıb.

Meksika ştatının Toluka şəhərindəki beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təyyarə hava limanının yaxınlığında qəzaya uğrayıb. Zərbə anında yanğın başlayıb və hadisə yerindən xeyli məsafədən görünən qalın qara tüstü qalxıb.

Hazırda təyyarədə olan insanların sayı və ya mümkün ölüm və ya xəsarətlər barədə təsdiqlənmiş məlumat yoxdur.

Qəza yerinə yanğınsöndürənlər, təcili yardım maşınları, Meksika ştatının Mülki Müdafiə və təhlükəsizlik qüvvələrinin üzvləri gəlib. Ərazi mühasirəyə alınıb və ətrafda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti