Meksika İran kəşfiyyatının İsrail səfirinə qarşı sui-qəsd cəhdi xəbərlərini təkzib edib

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 05:22
Meksika İran kəşfiyyatının İsrail səfirinə qarşı sui-qəsd cəhdi xəbərlərini təkzib edib

Meksikanın Xarici İşlər Nazirliyi və Vətəndaşların Təhlükəsizliyi ilə Müdafiəsi Nazirliyi ölkədəki İsrail səfirinə qarşı ehtimal olunan sui-qəsd cəhdi barədə heç bir məlumata malik olmadıqlarını bəyan ediblər.

"Report"un məlumatına görə, bu barədə qurumların birgə bəyanatında deyilir.

"Xarici İşlər Nazirliyi və Vətəndaşların Təhlükəsizliyi ilə Müdafiəsi Nazirliyi Meksikadakı İsrail səfirinə qarşı guya edilmiş sui-qəsd cəhdi barədə heç bir məlumata malik deyil", - sənəddə qeyd olunub.

O da vurğulanıb ki, XİN ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərlə daimi və açıq qarşılıqlı əlaqəni saxlamağa hazırdır. Təhlükəsizlik Nazirliyi isə, öz növbəsində, milli suverenlik çərçivəsində ciddi şəkildə fəaliyyət göstərərək bütün maraqlı təhlükəsizlik qurumları ilə hörmətli və əlaqəli əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti