Meksika ABŞ-nin yeni gömrük rüsumları səbəbindən 15 milyard dollar itirə bilər
Digər ölkələr
- 08 oktyabr, 2025
- 11:24
ABŞ-nin noyabrın 1-dən yük maşınlarına tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları Meksikaya 15 milyard milyard dollar zərər verə bilər.
"Report"un məlumatına görə, bu barədə Meksikanın iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Luis Rosendo Gutyerres "Bloomberg" agentliyinin forumunda bildirib.
Onun sözlərinə görə, ABŞ-nin aldığı yük maşınlarının 70 %-ni Meksika tədarük edir, buna görə də onlar ölkə iqtisadiyyatı üçün önəmlidir.
Daha əvvəl Meksika Prezidenti Klaudia Şeynbaum amerikalı həmkarı Donald Trampla yeni rüsumları müzakirə etmək niyyətində olduğunu bildirib.
D.Tramp oktyabrın 6-da ABŞ-yə digər ölkələrdən gələn yük maşınlarına noyabrın 1-dən 25 % rüsum tətbiq olunacağını elan edib.
Son xəbərlər
20:26
ABŞ və İsrailin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə birgə təlimlər keçirib
Digər ölkələr20:20
Azərbaycanın Mərakeşdəki səfiri bu ölkənin iqtisadiyyat və maliyyə naziri ilə görüşüb - YENİLƏNİB
Maliyyə20:18
NATO-nun Baş katibi sabah Ukraynanın Ali Radasında çıxış edəcək
Digər ölkələr20:12
"Milan" heyətini yeni futbolçu ilə gücləndirib
Futbol20:11
Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
Xarici siyasət20:05
Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb
Xarici siyasət20:04
"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib
İKT20:01
Foto
İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Xarici siyasət19:50