Mançesterdə sinaqoqa hücum nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
- 02 oktyabr, 2025
- 15:38
Mançesterin Krampsoll rayonunda avtomobilin insanların üzərinə sürülməsi və naməlum şəxsin bıçaqla sinaqoqa hücum etməsi nəticəsində iki nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Polis məlumatlarına görə, üç nəfərin vəziyyəti ağır olaraq qalır.
Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Danimarkada keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Sammitində iştirakını yarım qoyaraq terror aktı səbəbindən öz ölkəsinə qayıdır.
Məqsəd ölkədə fövqəladə vəziyyətləri müzakirə etmək üçün yaradılan Nazirlər Kabineti Komitəsinə ("COBRA") rəhbərlik etməkdir.
Mançesterin Krampsoll rayonunda avtomobilin insanların üzərinə sürülməsi və naməlum şəxsin bıçaqla sinaqoqa hücum etməsi nəticəsində dörd nəfər xəsarət alıb.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Krampsolda yəhudi icmasının sinaqoqu yaxınlığında baş verib.
Polis hücumda şübhəli bilinən şəxsin güllələndiyini bildirib. Sinaqoqa hücum terror aktı kimi qiymətləndirilir.
Şəhər meri Endi Börnem sakinləri hadisə yerindən uzaq durmağa çağırıb.