Makronla Zelenski müdafiə sahəsində əməkdaşlıq və Ukraynaya dəstəyi müzakirə edib

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 19:16
Makronla Zelenski müdafiə sahəsində əməkdaşlıq və Ukraynaya dəstəyi müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla müdafiə sahəsində əməkdaşlığı, hava hücumundan müdafiə və müttəfiqlərin Kiyevə gələcək dəstəyi məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu Rusiyaya təzyiqin gücləndirilməsi və Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətlərinin hazırlanmasının tamamlanması olub.

"İndi müharibəni bitirmək və Rusiyanı dayandırmaq şansı olan bir andır. Bunun üçün Rusiyaya təzyiqi gücləndirməyi davam etdirmək, Ukraynaya dəstəyi artırmaq və təhlükəsizlik zəmanətləri üzərindəki işi tamamlamaq lazımdır", - Ukrayna lideri qeyd edib.

O, həmçinin Çexiyanın Baş naziri Petr Fiala ilə görüşdüyünü əlavə edib.

V.Zelenski Çexiyanın Baş nazirini Ukrayna enerji obyektlərinə Rusiya tərəfindən edilən hücumların nəticələri barədə məlumatlandırdığını bildirib: "Çexiya artıq bərpa məsələsində bizə kömək edir".

Tərəflər, həmçinin birgə müdafiə layihələrinin həyata keçirilməsi, Ukrayna səmasının müdafiəsinin gücləndirilməsi təşəbbüslərini müzakirə ediblər.

Daha əvvəl məlumat verildiyi kimi, V.Zelenski Avropa Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti