Makrona qarşı impiçment təşəbbüsü keçməyib
Digər ölkələr
- 08 oktyabr, 2025
- 13:47
Fransa parlamentinin aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleyanın Bürosu - sol müxalifətin Prezident Emmanuel Makrona qarşı impiçment prosedurunu başlatmaq təklifini rədd edib.
"Report"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
İmtina səbəbi 104 deputatın imzasını toplayan sol partiya "Üsyan edən Fransa"nın irəli sürdüyü Makrona qarşı impiçment sorğusunun baxılması üçün əsasların olmaması ilə izah edilir.
Fransa prezidentinin vəzifələrini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Konstitusiyanın 68-ci maddəsində nəzərdə tutulur. İmpiçment təşəbbüskarları ilkin mərhələdə 58 deputatın imzasını toplamalıdırlar.
Son xəbərlər
12:02
TƏBİB: Ötən at 32 gün vurma hadisəsi baş verib
Sağlamlıq12:01
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Daxili siyasət11:59
TƏBİB: Ötən ay suda boğulma ilə bağlı 22 müraciət qeydə alınıb, 7 nəfər ölüb
Sağlamlıq11:54
"Card to card" əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlanıb
Maliyyə11:51
Azərbaycan ADB ilə istilik sektorunda "yaşıl enerji"nin inteqrasiyasını müzakirə edib
Energetika11:51
Ağdərədə mina partlayıb, xəsarət alanlardan birinin ayağı amputasiya olunub - YENİLƏNİB
Hadisə11:50
"Kapital Bank" istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə11:44
Seymur Məmmədov: "Çempionlar Liqasının qrupunda qalmaq "Zirə" üçün yaxşı nəticə sayılmaz"
Futbol11:41