Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıb
Digər ölkələr
- 20 aprel, 2026
- 20:58
Hörmüz boğazında ticarət gəmilərinə endirilən son zərbələrin konkret hədəfi Fransa donanması olmayıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, boğazdan keçən gəmilərə, o cümlədən Fransanın "CMA CGM" şirkətinin konteyner gəmisinə açılan atəş Fransaya qarşı yönəlməyib. Şirkətin məlumatına görə, atəş xəbərdarlıq xarakteri daşıyıb və gəminin heyəti xəsarət almayıb.
Makron həmçinin bildirib ki, regiondakı son hadisələr gərginliyin dərhal azaldılmasının və diplomatik dialoqa qayıtmağın zəruriliyini göstərir.
Son xəbərlər
18:07
Avropa çempionatı: Çimərlik futbolu üzrə Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib
Futbol18:05
Foto
XİN: Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb
Xarici siyasət18:04
YAP ilə "Belaya Rus" arasında imzalanan memorandum müzakirə olunub
Xarici siyasət17:58
Sinkeviçyus Litva tarixində ən gənc Baş nazir olub
Digər ölkələr17:56
FIDE reytinqi: Azərbaycan şahmatçılarının mövqeyi bəlli olub
Fərdi17:54
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
ASK17:36
ING: Azərbaycan iqtisadiyyatı 2026–2028-ci illərdə orta hesabla 2,4 % artacaq
Maliyyə17:33
Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurduğunu təsdiqləyib
Futbol17:25
Foto