Macarıstanda aprelin 12-də parlament seçkiləri keçiriləcək
Digər ölkələr
- 13 yanvar, 2026
- 15:05
Macarıstanın Prezidenti Tamaş Şuyok ölkədə parlament seçkilərinin tarixini aprelin 12-nə təyin edib.
"Report"un məlumatına görə, bu barədə Prezident feysbuk səhifəsində paylaşım edib.
"Əsas Qanunun və Seçkilərin keçirilməsi qaydaları haqqında Qanunun müddəalarına uyğun olaraq, öz qərarımla 2026-cı il üçün parlament üzvlərinin ümumi seçkilərini təyin edirəm. Səsvermə 2026-cı il aprelin 12-də keçiriləcək", - o bildirib.
Macarıstan Prezidenti əlavə edib ki, demokratiyanın təməllərindən biri azad seçim hüququdur və o, hamını bundan istifadə etməyə çağırır.
Son xəbərlər
19:34
Əraqçi Fidana İrandakı etirazlarda xarici dövlətlərin əli olduğunu deyib - YENİLƏNİB
Region19:32
Ölkənin I bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir
Maliyyə19:30
Foto
Azərbaycan və İsrail birgə süni mayalanma mərkəzi yarada bilər
ASK19:28
Foto
Mədəniyyət Nazirliyində "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüş keçirilib
Mədəniyyət siyasəti19:21
Qətər hərbçilərin bir hissəsinin "Əl-Udeyd" bazasından çıxarıldığını təsdiqləyib
Digər ölkələr19:09
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub
Komanda19:03
Avroparlamentin sədri İran hakimiyyətini dəstəkləyənlərə qarşı sanksiya çağırışı edib
Digər ölkələr19:01
Foto
Culfada 2025-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Daxili siyasət18:56
Foto