Macarıstan və Türkiyə Ukraynada müharibənin danışıqlar yolu ilə dayandırılmasına çağırır
- 08 dekabr, 2025
- 18:24
Macarıstan və Türkiyə Rusiya ilə Ukraynanı müharibəni dayandırmağa çağırır və enerji təchizatı infrastrukturuna hücumları müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "X" hesabında yazıb.
"Bu gün xarici işlər və müdafiə nazirlərinin, milli təhlükəsizlik üzrə müşavirlərin və ən böyük müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə Türkiyə və Macarıstan arasında ilk birgə məsləhətləşmələr aparılıb. Biz Türkiyə ilə birlikdə Ukraynada müharibənin danışıqlar yolu ilə dayandırılmasına çağırır və enerji təchizat marşrutlarına hücumları qınayırıq – bu hücumların istər Rusiyadakı neft kəmərlərini, istərsə də Qara dənizdəki tankerləri hədəfə almasından asılı olmayaraq", - o qeyd edib.
Siyarto həmçinin vurğulayıb ki, Türkiyə Macarıstan üçün etibarlı tranzit tərəfdaşıdır. Bu il "Türk axını" qaz kəməri ilə Macarıstana təxminən 8 milyard kubmetr qaz nəql ediləcək.