Lüksemburq Ukraynanın enerji sisteminin bərpasına 10 milyon avro ayırıb

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 17:15
Lüksemburq Ukraynanın enerji sisteminin bərpasına 10 milyon avro ayırıb

Lüksemburq Ukrayna Enerji Dəstək Fonduna 10 milyon avro ayırıb.

Bu barədə "Report" Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir.

Ukrayna energetika nazirinin müavini Roman Andarakın sözlərinə görə, Lüksemburqun dəstəyi ölkənin enerji sisteminin dayanıqlığını gücləndirir və zədələnmiş obyektlərin tez bir zamanda bərpa edilməsinə, əhalini elektrik enerjisi ilə təmin etməyə imkan verir.

Daha əvvəl, 2024-cü ildə Lüksemburq 2 milyon avro, 2025-ci ilin iyun ayında isə əlavə 10 milyon avro köçürmüşdü. Vəsaitlər, xüsusilə, Rusiya hücumları nəticəsində zərərçəkmiş Xarkov vilayətindəki enerji obyektlərinin bərpasına yönəldilib.

Hazırda Nazirlik Enerji Birliyinin Katibliyi ilə birlikdə əlavə resursların cəlb edilməsi üzərində işləyir. Donorlar 2025-ci ildə razılaşdırılmış enerji şirkətlərinin ehtiyaclarının maliyyələşdirilməsi üçün daha 350 milyon avro köçürməyi planlaşdırırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti