London və Vaşinqton arasında kəşfiyyat mübadiləsi dayandırılıb

Digər ölkələr
  • 12 noyabr, 2025
  • 04:56
London və Vaşinqton arasında kəşfiyyat mübadiləsi dayandırılıb

Böyük Britaniyanın kəşfiyyat xidmətləri və hərbçiləri ABŞ-yə Karib dənizindəki gəmilərin hərəkəti ilə bağlı kəşfiyyat məlumatı verməyi dayandırıblar.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Adı açıqlanmayan mənbə qəzetə bildirib ki, britaniyalılar əvvəllər narkotik daşımaqda şübhəli bilinən qayıqların koordinatları və gəmidəki insanların sayı kimi məlumatları amerikalılarla bölüşüblər.

Qəzet aydınlaşdırır ki, Kral Donanması Karib dənizində narkotik qaçaqmalçılarına qarşı əməliyyatlar aparır, lakin onun yanaşması ABŞ-dan fərqlidir. Britaniya Hərbi Dəniz Qüvvələrindəki mənbə qəzetə deyib: "Biz gəmiləri ələ keçirib məhv etmirik və insanları öldürmürük. Biz onları həbs edirik".

Böyük Britaniya hökuməti kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Son xəbərlər

Bütün Xəbər Lenti