Liviyada Haftarın beynəlxalq axtarışda olan ordu komandanı öldürülüb

Digər ölkələr
  • 24 mart, 2021
  • 20:57
Liviyada Haftarın beynəlxalq axtarışda olan ordu komandanı öldürülüb

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan ordu komandanlarından biri Mahmuid Al-Verfalli öldürülüb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, o, Benqazi şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Haftarın hərbi qüvvələrinin nümayəndəsi Mahmud Al-Verfallinin ölümünü təsdiqləyib.

Beynəlxalq Cinayət Məhkəməsinin məlumatına görə, Al-Verfalli Benqazi və ətraf rayonlarda hərbi cinayətlər kimi ixtisaslaşmış qətllərin törədilməsi ilə bağlı əmrlər verib, habelə prosesdə bilavasitə iştirak edib.

O, həmçinin Benqazidə məhbusların kütləvi edamlarının keçirilməsində ittiham olunur.

2019-cu ilin dekabrında ABŞ-ın Maliyyə Nazirliyi insan hüquqları sahəsində ciddi pozuntularda iştiraka görə Al-Verfallinin adını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına salıb.