Livanın istefa verən baş naziri Misirə səfər edib

Digər ölkələr
  • 21 noyabr, 2017
  • 13:43
Livanın istefa verən baş naziri Misirə səfər edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Livanın istefa verən baş naziri Səid Həriri Parisdən Misirin paytaxtı Qahirəyə səfər edib.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bu barədə Paris Hava Limanları İdarəsindən bildirilib.

Misir prezidenti Əbdülfəttah Sisi ilə Səid Həriri Livan və bölgədəki vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, Səid Həriri Fransa prezidenti Emanuel Makronun dəvəti əsasında ailəsi ilə birlikdə Parisə səfər etmişdi. Noyabrın 3-də Səudiyyə Ərəbistanında işgüzar səfərdə olan S.Həriri Ər-Riyadda televiziya vasitəsilə çıxışında istefa verdiyini bildirmişdi.

O, noyabrın 12-də isə Livan hökuməti tərəfindən elan olunan neytralitet prinsipinə əməl ediləcəyi və bölgədəki münaqişələrdən çıxacağı halda istefa verməkdən imtina etməyə hazır olduğunu demişdi.