İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 700-ü ötüb
Digər ölkələr
- 07 may, 2026
- 21:19
Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
"Report" xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 727-yə, yaralıların sayı isə 8 438-ə çatıb", - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar. "Günün sonuna qədər qurbanların və zərərçəkmiş vətəndaşların sayı arta bilər", - Səhiyyə Nazirliyindən vurğulanıb.
Son xəbərlər
19:05
Foto
Gəncədə WUF13 Festivalı keçirilir
İnfrastruktur19:03
SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb
Energetika18:55
Foto
Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb
Daxili siyasət18:53
Mixail Qusman: Heydər Əliyev Azərbaycanın xilaskarı idi
Xarici siyasət18:50
Foto
Tbilisidə Aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
Region18:49
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
Futbol18:40
Bəqai: İran hələ də ABŞ-nin təklifinə cavab üzərində düşünür
Digər ölkələr18:37
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqlayıb
Futbol18:34