Litvada fırtına səbəbindən 7 mindən çox sakin işıqsız qalıb
Digər ölkələr
- 28 dekabr, 2025
- 13:21
Küləkli hava Litvanın 7 mindən çox istehlakçısını elektrik enerjisiz qoyub, hava şəraiti səbəbindən Klaypeda dövlət dəniz limanında gəmilərin hərəkəti məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Hidrometeoroloji Mərkəzin nümayəndəsi Yan Vaytkevic LRT milli radiosunun efirində bildirib.
"Gecədən sonra 5,5 min istehlakçı işıqsız qalıb. Lakin səhər də təbiət sakitləşməyib, qasırğa həddində olan külək əsməyə davam edib. Zərər çəkmiş istehlakçıların sayı 7,1 minə çatıb", - o qeyd edib.
Küləyin sürəti saniyədə 31 metrə çatıb. Qasırğa ölkənin qərb hissəsinə güclü zərbə vurub. Klaypeda dəniz limanının rəhbərliyi gəmilərin hərəkətini məhdudlaşdırmağa məcbur olub. Dalğaların hündürlüyü 5 metri keçib.
Son xəbərlər
09:12
Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb
Hadisə09:09
Azərbaycan Basketbol Liqasının XII turunda daha bir qarşılaşma baş tutacaq
Komanda09:08
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
Sosial müdafiə09:00
"Neftçi" bu gün "Kayrat"la, "Sumqayıt" Macarıstan klubu ilə yoxlama oyunu keçirəcək
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.01.2026)
Maliyyə08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.01.2026)
Maliyyə08:51
Tramp Venesueladakı əməliyyatın Rubionun qisası olduğunu etiraf edib
Digər ölkələr08:47
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB
Daxili siyasət08:42