Lekornyu baş nazir postundan getməsinin səbəbini açıqlayıb

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 13:59
Lekornyu baş nazir postundan getməsinin səbəbini açıqlayıb

Bu gün istefa verən Fransanın Baş naziri Sebastyan Lekornyu istefasının səbəbləri ilə bağlı açıqlama verib.

Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.

O, ölkədə əsas idarəetmə prinsiplərinə riayət olunmadığı şəraitdə hökumətə başçılıq edə bilməyəcəyini deyib.

Siyasətçi onun vəzifədə qalmasını qeyri-mümkün edən üç əsas səbəbi qeyd edib:

"Birincisi, siyasi partiyalar konstitusiyanın parlamentdən yan keçməklə qərarların qəbul edilməsinə imkan verən 49.3-cü maddəsinin tətbiqindən imtinanın səbəb olduğu dərin uçuruma və dəyişikliklərə çox vaxt məhəl qoymur.

İkincisi, partiyalar elə davranırdılar ki, sanki Milli Assambleyada mütləq çoxluğa malik idilər.

Üçüncüsü, hökumətin tərkibi "kifayət qədər çevik olmadı" və partiyaların gələcək prezident seçkiləri ilə bağlı ambisiyalarının artmasına səbəb oldu".

Son xəbərlər

Bütün Xəbər Lenti