Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər
Digər ölkələr
- 22 sentyabr, 2019
- 21:00
ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun görüşü qarşıdakı cümə gününə planlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a BMT Baş Assambleyasının 74-cü sessiyasında Pompeonun görüşləri ilə bağlı brifinq keçirən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.
"Görüş (Sergey Lavrovla -red) BMT qərargahında sentyabrın 27-də, saat 10:30-a planlaşdırılıb", - deyə o bildirib. Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, görüşün gündəliyi haqqında daha sonra bildiriləcək.
BMT Baş Assambleyasının 74-cü sessiyası ötən çərşənbə axşamı Nyu-Yorkda işə başlayıb.
Son xəbərlər
22:48
Füzulidə açıq ərazidə yanğın baş verib
Hadisə22:40
"Fiorentina" "Yuventus"un futbolçusu Joau Mariunu heyətinə qatıb
Futbol22:29
Türkiyədə mikroavtobus qəzaya düşüb, 18 nəfər yaralanıb
Region22:17
İmişlidə zəlzələ olub
Hadisə22:15
Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi hücuma məruz qalıb
Region22:11
Azərbaycanlı məktəblilər dünya çempionatında ilk onluğa düşüblər
Elm və təhsil21:59
İsrail Qəzza zolağından qoşunlarını geri çəkmək istəmir
Digər ölkələr21:58
"Vilyarreal" qapıçı Peter Qulaçini transfer edib
Futbol21:47