Lavrov ABŞ dövlət katibinə zəng edib
Digər ölkələr
- 02 iyun, 2025
- 01:33
ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
“Report”un xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun bəyanatında deyilir.
“Dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Lavrovla telefon danışığı aparıb. Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Ukrayna danışıqlarının ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
Son xəbərlər
03:59
Karluş Keyroş: "İngiltərə fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir"
Futbol03:48
DÇ-2026: Panama - Xorvatiya oyununda ilk hissə başa çatıb - YENİLƏNİR
Futbol03:35
Tomas Tuxel: "Qana kimi komandaların qapısından top keçirmək çətindir"
Futbol03:02
Cud Bellinqem İngiltərə - Qana oyununun ən yaxşısı olub
Futbol02:29
Londonda Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi müzakirə olunub
Xarici siyasət02:00
DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirib - YENİLƏNİB-3
Futbol01:51
Foto
Video
Naxçıvanda minik avtomobili avtobusla toqquşub, 3 nəfər xəsarət alıb
Hadisə01:46
Tofiq Musayev UN80 nizamnaməsini imzalayıb
Xarici siyasət01:29