Latviya Rusiya və Belarus sərhədləri boyunca gecə uçuşları qadağasını bir daha uzadıb
Digər ölkələr
- 28 dekabr, 2025
- 14:55
Latviyanın aviasiya orqanlarının rəhbərliyi Rusiya və Belarus sərhədləri boyunca bütün növ təyyarələr üçün axşam və gecə uçuşlarına qoyulan qadağanı bir daha uzadıb.
"Report"un məlumatına görə, bu barədə "Riqa" Uçuş Məlumat Bölgəsinin dispetçer xidməti xəbər verib.
"Rusiya və Belarus sərhədləri boyunca axşam və gecə uçuşlarına qoyulan qadağan daha bir həftə - gələn ilin 4 yanvarına qədər uzadılıb", - açıqlamada deyilir.
Xidmətin məlumatına görə, Rusiya və Belarus sərhədindəki hava məkanında uçuşlar hər gün 6 km-ə qədər yüksəklikdə ümumdünya vaxtı ilə saat 17:00-dan 05:00-dək (Bakı vaxtı ilə saat 21:00-dan 09:00-dək) qadağandır.
Əvvəlcə sentyabrda tətbiq edilən qadağa günün sonuna qədər qüvvədə idi.
Son xəbərlər
22:46
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Xarici siyasət22:39
Ruslan Paşayev "Qran-pri"nin qalibi olub
Fərdi22:33
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Xarici siyasət22:25
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Lənkəran"ı məğlub edib
Komanda22:22
Azərbaycanın iki diplomatı İrandan təxliyə edilib
Xarici siyasət22:08
Jelka Tsviyanoviç: Bakıya qarşıdan gələn səfərimi səbirsizliklə gözləyirəm
Xarici siyasət22:02
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Xarici siyasət21:52
Jelka Tsviyanoviç İranın hücumları ilə əlaqədar Azərbaycanla həmrəyliyini ifadə edib
Xarici siyasət21:51
Video