Küveytdə İŞİD-lə əlaqəsi olan 6 nəfər saxlanılıb
Digər ölkələr
- 04 iyul, 2016
- 00:56
Bakı. 4 iyul. REPORT.AZ/ Küveyt polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 6 nəfəri həbs edib. "Report"un məlumatına görə, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yerli mətbuatın yaydığı məlumata görə isə, Küveytin Daxili İşlər Nazirliyi xüsusi antiterror əməliyyatı ilə ölkədə terror aktları törətməyi planlaşdırmış şəxsləri həbs edib. Polisin verdiyi məlumata görə, həbs edilənlər İŞİD-ə sədaqət andı içərək terror hücumları həyata keçirməyi planlaşdırıblar.
Yerli "KUNA" agentliyinin yaydığı xəbərə görə, polisin keçirdiyi ikinci reydi zamanı daha 3 şübhəli şəxs - bir kişi, oğlu və anası saxlanılıb. Həmin şəxslər terror qruplaşmalarına dəstək verdiklərini etiraf ediblər.
Son xəbərlər
15:08
Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışı olub
Digər14:56
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
Komanda14:46
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
Turizm14:44
Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb
Digər ölkələr14:37
Foto
Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
Elm və təhsil14:33
"Atletiko" Morten Yulmannı transfer edib
Futbol14:26
Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb
Digər ölkələr14:07
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur14:04