Küveyt İran raketləri və PUA-larını ələ keçirib

Digər ölkələr
  • 14 iyul, 2026
  • 20:12
Küveyt İran raketləri və PUA-larını ələ keçirib

Küveyt öz ərazisi üzərində İran raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) ələ keçirildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Küveyt ordusunun bəyanatına istinadən məlumat yayıb.

"Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, bütün partlayışlar hava hücumundan müdafiə sistemlərinin düşmən raketlərinin və pilotsuz uçuş aparatlarının ələ keçirilməsi üzrə fəaliyyətinin nəticəsidir", - ordunun bəyanatında bildirilir.

Digər təfərrüatlar açıqlanmır.