Koronavirusun karantin müddəti uzadılır
Digər ölkələr
- 22 fevral, 2020
- 08:13
Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Hubey əyalətində 70 yaşlı kişi bu il yanvarın 24-də koronavirusa yoluxub. Ona koronavirus diaqnozu isə fevralın 20-də qoyulub.
Bildirilib ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə təmasda olub. Ancaq onun koronavirusa yoluxduğu 27 gün sonra ortaya çıxıb. Bu səbəbdən əyalət rəsmiləri infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olması qənaətinə gəliblər.
Xatırladaq ki, Çində və digər ölkələrdə insanların koronavirusa yoluxub-yoluxmaması müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.
Dünyada koronavirusdan ölənlərin sayı 2 300 nəfəri ötüb.
Son xəbərlər
00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:56
DÇ-2026-nın final oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24
İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başlayıb
Futbol23:21
Foto
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub
Fərdi23:16