Koronavirus daha bir ölkədə aşkarlandı
Digər ölkələr
- 11 mart, 2020
- 09:53
Mərkəzi Amerika ölkəsi olan Hondurasda 2 nəfərdə koronavirus aşkarlanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, virus daşıyıcılarının hamısı daha öncə Qərbi Avropaya səfər edib. Hər iki hal Honduras vətəndaşlarında qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 390-a çatıb. Bunların 66 584 nəfəri sağalıb, 4 301 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Son xəbərlər
11:29
Merts bu gün Almaniya Nazirlər Kabinetində kadr dəyişiklikləri barədə elan edə bilər
Digər ölkələr11:27
"Yelo Bank" Aİ üzvlərinin yekdil qərarı ilə sanksiya siyahısından çıxarıldı
Maliyyə11:24
Azərbaycanda ipoteka kreditlərinin 80 %-i dövlət xətti ilə verilib
Maliyyə11:22
Yurgen Klopp Almaniya millisi ilə 2030-cu ilədək müqavilə imzalayıb
Futbol11:11
Rusiya iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq
Region11:10
Foto
KTN-in əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
ASK11:04
Fransada 50 min hektar torpaq sahəsi yanıb, Makron Aİ-dən kömək istəyib
Digər ölkələr10:54
Foto
Azərbaycan sosial sığorta təcrübəsini Tunisdəki beynəlxalq konfransda təqdim edib
Maliyyə10:49