Koreya Səudiyyə Ərəbistanında 2 mlrd. dollar dəyərində iki AES tikəcək
Digər ölkələr
- 04 mart, 2015
- 08:25
Bakı. 4 mart. REPORT.AZ/ Koreya Respublikası Səudiyyə Ərəbistanında ümumi dəyəri 2 mlrd. ABŞ dolları olan 2 nüvə reaktoru tikəcək. Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.
İki ölkə arasında nüvə energetikası sahəsində əməkdaşlıq haqqında müvafiq memorandum imzalanıb. Sənədə görə, Səudiyyə Ərəbistanında Cənubi Koreya şirkətləri tərəfindən SMART tipli 2 nüvə reaktorunun tikintisi nəzərdə tutulur.
Cənubi Koreya nümayəndə heyəti bildirib ki, Səudiyyə Ərəbistanı 2040-cı ilə qədər 12-18 nüvə reaktoru tikməyi planlaşdırır. Tikinti ilə bağlı ilk sifarişin artıq gələn il veriləcəyi gözlənilir.
Koreyada hazılanmış SMART tipli reaktor dünyada ən yığcam reaktordur. O, əsasən ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
07:07
Foto
Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb
Daxili siyasət06:43
ABŞ-nin Əhvaza hücumu nəticəsində ölən və yaralananlar var
Region06:03
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika05:34
ABŞ 60 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir
Digər ölkələr05:08
İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
Region04:31
Tramp: Ticarət gəmilərinə dəyən zərər dondurulmuş İran aktivləri hesabına ödəniləcək
Digər ölkələr04:02
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Xarici siyasət03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15