Kobaxidze: Fransa parlamentinin qətnaməsi Avropa bürokratiyasındakı böhranı göstərir

Digər ölkələr
  • 27 sentyabr, 2025
  • 13:26
Kobaxidze: Fransa parlamentinin qətnaməsi Avropa bürokratiyasındakı böhranı göstərir
İrakli Kobaxidze

Fransa parlamentinin qətnaməsi Avropa bürokratiyasındakı böhranı göstərir.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa parlamentində qəbul olunmuş qətnaməni kəskin tənqid edib.

O, jurnalistlərə açıqlamasında sənədi "Avropa bürokratiyasındakı ağır vəziyyətin göstəricisi" adlandırıb.

"Belə böyük bir ölkənin parlamentinin qətnamə layihəsində açıq-aşkar yalanların yer alması faciəvi haldır. Bu, Avropa bürokratiyasında müşahidə etdiyimiz böhranı açıq şəkildə nümayiş etdirir. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək", – Baş nazir bildirib.

İ.Kobaxidzenin sözlərinə görə, Fransa parlamentinin qətnaməsi Avropa institutlarında mövcud olan problemləri üzə çıxarır və region siyasətinə mənfi təsir göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti