Kiyevdə Ukrayna, Almaniya və Fransa liderlərinin görüşü başa çatıb
Digər ölkələr
- 06 fevral, 2015
- 00:23
Bakı. 6 fevral. REPORT.AZ/ Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında aparılan danışıqlar başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Angela Merkel və Fransua Olland ilə danışıqlar yenicə başa çatıb. Tərəflər sülhə can atırlar", - deyə məlumatda vurğulanıb.
Görüşün detalları və qəbul olunan qərarlar barədə məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da Merkel və Olland Donbassdakı münaqişənin həlli yollarının tapılması üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək məqsədi ilə Moskvaya da səfər etmək niyyətindədirlər.
Son xəbərlər
03:31
İran Hörmüz boğazının bağlandığını elan edib
Region03:14
DÇ-2026: İngiltərə Norveçlə matçda hesabda irəli çıxıb - YENİLƏNİR-7
Futbol03:09
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
Digər ölkələr02:38
Norveç azarkeşləri İngiltərə ilə oyundan əvvəl Bukinhem Sarayı qarşısında aksiya keçiriblər
Futbol02:12
Foto
Belqradda Srebrenitsa soyqırımının qurbanları anılıb
Digər ölkələr01:48
Aİ Çindən asılılığı azaltmaq istəyən şirkətlər üçün dəstək mexanizmi hazırlayır
Digər ölkələr01:14
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
Fərdi00:37
Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər
Digər ölkələr00:08