Pentaqon NATO hesabına Ukraynaya iki hərbi yardım paketini təsdiqləyib - YENİLƏNİB

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 21:56
Pentaqon NATO hesabına Ukraynaya iki hərbi yardım paketini təsdiqləyib - YENİLƏNİB

Pentaqon prioritet ehtiyaclar çərçivəsində Kiyevə NATO ölkələrinin hesabına hər biri 500 milyon dollar dəyərində iki hərbi yardım paketini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərinin müavini Elbric Kolbi hər biri 500 milyon dollarlıq iki partiyanı təsdiq edib.

Avqustun əvvəlində Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, ABŞ və NATO alyans ölkələrinin könüllü töhfələri hesabına silahların sürətlə çatdırılmasını nəzərdə tutan yeni mexanizm işə salır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa müttəfiqləri tərəfindən Ukraynaya ödənilən ilk hərbi yardım paketini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən məlumat yayıb.

İyul ayında Tramp bildirib ki, ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımın göstərilməsi üçün yeni sxem üzrə razılığa gəliblər. Onun sözlərinə görə, Amerika silahlarının yeni tədarükü Aİ dövlətləri tərəfindən ödəniləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti