KİV: Şahzadə Uilyam monarxiya institutunu kökündən dəyişdirmək niyyətindədir

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 06:39
KİV: Şahzadə Uilyam monarxiya institutunu kökündən dəyişdirmək niyyətindədir

Britaniya taxtının varisi şahzadə Uilyam tacqoyma mərasimindən sonra monarxiya institutunu kökündən dəyişdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Beast" məlumat yayıb.

O, rəsmi vəzifələrini yerinə yetirməyən bütün qohumlarının kral titullarından məhrum etməyi planlaşdırır. "Uilyam kral ailəsinin işləməyən bütün üzvlərinin titullarını əlindən alacaq", - mənbə bildirib.

Nəşr iddia edib ki, Uilyamın tacqoyma mərasimindən sonra şahzadələr Evgeniya və Beatris, eləcə də şahzadə Harri və onun uşaqları "Əlahəzrət Kral" titulunu itirəcəklər.

Bundan əlavə, əgər Britaniya taxt-tacının varisi həqiqətən belə dəyişiklikləri həyata keçirmək niyyətində olsa, o, ölkə qanunlarını kökündən dəyişdirəcək yeni patent verməli olacaq.

Mövcud qanunlara əsasən, kral ailəsinin üzvlərini titullarından məhrum etmək mümkün deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti