KİV: Karib dənizində gəmilərə zərbələr üçün ABŞ Konqresinin təsdiqi tələb olunmur

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 03:14
KİV: Karib dənizində gəmilərə zərbələr üçün ABŞ Konqresinin təsdiqi tələb olunmur

Donald Tramp administrasiyası hesab edir ki, Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə zərbələr endirmək üçün ABŞ Konqresinin təsdiqi tələb olunmur.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbəyə istinadən xəbər verib.

Amerika administrasiyası təmsilçisinin sözlərinə görə, ABŞ 1973-cü ildə qəbul edilmiş Hərbi Səlahiyyətlər Qətnaməsində göstərilən tədbirlər səviyyəsinə çatmadığı üçün Karib dənizində və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığına qarşı mübarizəni davam etdirə bilər. Qətnaməyə əsasən, əgər Konqres təsdiqləməsə, Amerika lideri bütün hərbi əməliyyatları dayandırmalıdır.

Ağ Ev hesab edir ki, Karib dənizi bölgəsindəki əməliyyatlar ABŞ hərbçiləri üçün heç bir təhlükə yaratmır, çünki narkotik daşıdığı iddia edilən gəmilər ABŞ hərbçilərinin olduğu gəmilərdən uzaqda hücuma məruz qalır.

WSJ-nin məlumatına görə, Konqresdəki respublikaçılar və demokratlar Tramp administrasiyasının regiondakı gəmilərə hücumlarla bağlı şəffaflığının olmamasından narazılıqlarını bildiriblər. Lakin Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittihamlandırmaqda davam edir və Karib dənizinə böyük qüvvələr yerləşdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti