KİV: İsrail "Rəfah" keçid məntəqəsini açmamaq barədə qərar qəbul edib
- 20 yanvar, 2026
- 00:51
İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağının Misirlə sərhədində yerləşən "Rəfah" keçid məntəqəsini açmamaq barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı yerli mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid çərçivəsində buraxılış məntəqəsinin açılması ilə bağlı Vaşinqtonun tələbinə rəğmən qəbul edilib.
İsrailin yüksək rütbəli rəsmisi "Ynet"ə bildirib ki, Türkiyə və Qətər nümayəndələrinin Qəzza zolağının idarə edilməsi üzrə Sülh Şurasına daxil edilməsi İsrail və ABŞ arasındakı ilkin razılaşmalarda yer almayıb.
Mənbə qərarı şərh edərkən deyib: "Yeni orqanın səlahiyyətlərinin və rolunun nədən ibarət olacağı bəlli deyil", - deyə qeyd edib.
Bundan əvvəl İsrail Baş nazirinin ofisi bəyan etmişdi ki, Qəzzanın idarə olunması üzrə şuranın tərkibi onlarla razılaşdırılmayıb və Tel-Əvivin siyasətinə ziddir.