Netanyahu: Girovların azad edilməsi üçün intensiv danışıqlar gedir
Digər ölkələr
- 15 aprel, 2025
- 04:55
İsrail rəsmiləri hazırda Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün "intensiv danışıqlar" aparır.
"Report"un xəbərinə görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu oğurlanmış şəxslərin yaxınları ilə söhbətində deyib.
Netanyahu girovların anaları Tamira Nimrodi, Avinatan Or və Eytan Horn ilə telefon danışığı aparıb.
"Baş nazir onları girovların azad edilməsi üçün atılan addımlar və bu günlərdə aparılan intensiv danışıqlar barədə məlumatlandırıb. Baş nazir həm diri, həm də ölü girovların hamısının qaytarılmasına sadiqliyini bir daha bəyan edib", - bəyanatında deyilir.
İsrail tərəfinin son məlumatına görə, Fələstinin radikal HƏMAS hərəkatı hazırda Qəzzada 24 girovu və 35 ölü əsirin meyitini saxlayır.
Son xəbərlər
09:57
Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Region09:56
İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir
Xarici siyasət09:47
İlham Əliyev: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avrokomissiya ilə münasibətləri yaxşılaşmağa başladı
Xarici siyasət09:41
"Dünyagöz" Klinikasından 50 yaş və üzəri şəxslər üçün xüsusi kampaniya
Sosial müdafiə09:41
İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
Xarici siyasət09:37
Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edəcək
Energetika09:31
İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
Xarici siyasət09:30
Konor Makqreqorun texniki nokautla uduzduğu döyüşdən qazancı 15 milyon dollardan çox olub
Fərdi09:27