HƏMAS Trampın Qəzza ilə bağlı planını alıb - YENİLƏNİB

Digər ölkələr
  • 30 sentyabr, 2025
  • 00:46
HƏMAS Trampın Qəzza ilə bağlı planını alıb - YENİLƏNİB

Qətər və Misir ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair sülh planını HƏMAS-ın danışıqlar qrupuna təqdim edib.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera"yə adının açıqlanmasını istəməyən diplomatik mənbə bildirib.

"Qətər və Misir Trampın planını HƏMAS-ın danışıqlar qrupuna təqdim edib və o, vasitəçilərə təklifi öyrənəcəyinə söz verib", - rəsmi bildirib.

Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını şərh ediblər.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

"HƏMAS hələ rəsmi olaraq planı almayıb, bu barədə mediada yayımlanmaqdan başqa heç nə bilinmir", - agentlik hərəkatın adı açıqlanmayan məmurunun sözlərini sitat gətirib.

Analoji şərh Qətərin "Al Jazeera" telekanalına HƏMAS-ın rəsmi nümayəndəsi Mahmud Mərdəvi tərəfindən verilib. "Trampın Qəzza zolağında sülh yolu ilə həll etmək planını yazılı şəkildə almadıq", - o deyib.

Daha əvvəl Ağ Ev Qəzzadakı münaqişəni başa çatdırmaq üçün Amerika lideri Donald Trampın iştirakı ilə hazırlanmış 20 maddəlik tam planı yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti