KİV: Fransa Rusiya aktivlərini "təzminat krediti"nə daxil etməyə hazır deyil

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 16:15
KİV: Fransa Rusiya aktivlərini təzminat kreditinə daxil etməyə hazır deyil

Rəsmi Paris bəyan edib ki, Ukrayna üçün planlaşdırılan "təzminat krediti"nə Fransa özəl banklarında yerləşən Rusiya aktivlərini daxil etməyə hazır deyil.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Aktivlər təxminən 18 milyard avro dəyərində qiymətləndirilir. Nəşrin məlumatına görə, Paris öz mövqeyini dondurulmuş özəl aktivlərdən istifadəsinə hüquqi məhdudiyyətlərlə izah edir.

Fransada Rusiya Mərkəzi Bankının vəsaitləri dövlət qurumları tərəfindən deyil, ən böyük maliyyə qurumları da daxil olmaqla kommersiya bankları tərəfindən dondurulub. Bu aktivlər fərqli müqavilə şərtlərinə və hüquqi öhdəliklərə tabedir.

Eyni zamanda, mənbələr vurğulayıblar ki, Fransa Ukraynaya maliyyə dəstəyinə qarşı çıxmır, lakin ölkənin özəl maliyyə qurumlarında yerləşən Rusiya aktivlərinin bu mexanizmə cəlb edilməsi imkanını rədd edir.

Son xəbərlər

Bütün Xəbər Lenti