KİV: Anjelina Coli "Rəfah" nəzarət-buraxılış məntəqəsinə gedib
Digər ölkələr
- 03 yanvar, 2026
- 01:28
Kinoaktrisa Anjelina Coli humanitar missiya ilə Misir və Qəzza zolağı arasındakı sərhəddəki "Rəfah" nəzarət-buraxılış məntəqəsinə baş çəkib.
"Report"un məlumatına görə, bu barədə Misirin "Əl-Youm əs-Səbiə" portalı xəbər verib.
Aktrisa səfər zamanı Şimali Sinay vilayətinin qubernatoru Xalid Müqavirlə görüşüb və onunla birlikdə Qəzza sakinləri üçün humanitar yardım ləvazimatlarının saxlanıldığı Misirin Qızıl Aypara Cəmiyyətinin anbarlarını gəzib. Coli həmçinin anklavdan təxliyə edilən və Misirin Əl-Əriş şəhərində müalicə alan yaralı fələstinliləri də ziyarət edib.
Aktrisa beynəlxalq ictimaiyyəti zolağa yardım çatdırılmasını artırmağa çağırıb və Misirin Qəzzadakı fələstinlilərə kömək etmək səylərinə görə təşəkkür edib.
Son xəbərlər
15:52
"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb
Futbol15:46
Rubio Maduronun saxlanılmasından sonra ABŞ-dən Venesuela ilə bağlı yeni addım gözləmir
Digər ölkələr15:40
ADY-də yanacaq mənimsənilməsi faktı üzrə iki vəzifəli şəxs həbs edilib
İnfrastruktur15:21
Aİ Venesueladakı vəziyyətlə bağlı təmkinli olmağa çağırıb
Digər ölkələr15:14
Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb
Biznes15:12
İspaniya ABŞ və Venesuela arasında vasitəçiliyə hazırdır
Digər ölkələr15:06
Qustavo Petro: Kolumbiya Venesuela ilə sərhədə hərbi qüvvə göndərəcək
Digər ölkələr14:58
Venesuelanın müdafiə naziri ordunun səfərbər edildiyini açıqlayıb - YENİLƏNİB
Digər ölkələr14:48