KİV: Ağ Ev Orbanın sanksiya barədə sözlərini təkzib edib

Digər ölkələr
  • 09 noyabr, 2025
  • 02:48
KİV: Ağ Ev Orbanın sanksiya barədə sözlərini təkzib edib

Macarıstanın Baş naziri Viktor Orbanın Rusiyadan Macarıstana neft və qaz tədarükünün ABŞ-nin sanksiyalarından azad edilməsi barədə bəyanatı Ağ Ev tərəfindən təkzib olunub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ rəsmisinə istinadən xəbər verib.

"Ağ Ev rəsmisi elektron poçtda... şənbə günü istisnanın bir il davam etdiyini təkrarlayıb", - məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ ilə müqavilələrinə uyğun olaraq, Macarıstan enerji tədarükünü şaxələndirəcək və təxminən 600 milyon dollar dəyərində müqavilələr çərçivəsində Amerikanın mayeləşdirilmiş təbii qazını (LNG) almağı öhdəsinə götürüb.

Ordan daha əvvəl ABŞ-nin Macarıstan üçün "Dostluq" və "Türk axını" boru kəmərləri ilə Rusiya enerji daşıyıcılarını almasına icazə verərək istisna etdiyini söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti