KİV: ABŞ-nin xüsusi elçisi Ukrayna ilə bağlı "gizli plan" barədə sosial şəbəkədəki paylaşımını silib

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 13:22
KİV: ABŞ-nin xüsusi elçisi Ukrayna ilə bağlı gizli plan barədə sosial şəbəkədəki paylaşımını silib

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynada müharibənin başa çatması ilə bağlı "gizli plan" barədə "Axios"un materialı dərc olunduqdan dərhal sonra "X" sosial şəbəkəsində müəmmalı bir post yazmışdı.

"Report" "Sky News"a istinadən xəbər verir ki, paylaşım bir neçə dəqiqə sonra platformadan silinib.

Nəşrin məlumatına görə, Uitkoff, ehtimal ki, şəxsi mesaj göndərdiyini düşünüb. Silinmiş postda yazılmışdı: "O, bunu yəqin ki, K...-dan alıb".

"Sky News" güman edir ki, "K..." dedikdə Uitkoff Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevi nəzərdə tuta bilər.

Daha əvvəl "Axios" məlumat vermişdi ki, ABŞ guya Ukraynada müharibənin dayandırılması üçün Rusiya ilə gizli danışıqlar aparıb. Nəşr qeyd etmişdi ki, "gizli plan" üzərində Uitkoff və Dmitriyev işləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti