Kim Çen İn pilotsuz uçuş aparatlarının sınaqlarını izləyib
- 19 sentyabr, 2025
- 04:53

Şimali Koreya rəhbəri Kim Çen İn pilotsuz uçuş aparatlarının sınaqlarını izləyib.
"Report"un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) məlumat yayıb.
Sınaqdan keçirilən PUA-lar elmi-tədqiqat institutlarında hazırlanıb və Pilotsuz Aviasiya Texnikası Birliyinə bağlı müəssisələrdə istehsal olunur. Kim Çen İn 18 sentyabr tarixində strateji və taktiki kəşfiyyat PUA-ları, eləcə də çoxməqsədli dronlar daxil olmaqla, müxtəlif silahların xüsusiyyətləri ilə ətraflı tanış olub.
"Sınaqlar zamanı strateji kəşfiyyat PUA-sının hərbi-strateji dəyəri və yenilikçi xüsusiyyətləri, eləcə də "Kımson" seriyalı taktiki zərbə dronlarının yüksək döyüş effektivliyi aydın şəkildə təsdiqləndi", - agentliyin məlumatında bildirilib.
Kim Çen İn həmçinin süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və pilotsuz aparatların seriyalı istehsalının artırılması üzrə tədbirləri müzakirə edib.