Kelloq: ABŞ Ukraynadakı müharibəni bitirməyə çox yaxındır
- 23 noyabr, 2025
- 07:50
ABŞ Ukraynadakı müharibənin sülh yolu ilə sona çatmasına çox yaxındır.
"Report"un məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq "Fox News"a müsahibəsində deyib.
"Biz həmişə deyirik ki, hədəfə qədər son 10 metr ən çətinidir. Biz indi iki metr aralıdayıq; demək olar ki, oradayıq",-deyə, o bildirib.
Kelloqq bəzi dəqiqləşdirmələrin vacibliyini qeyd edərək, Vaşinqtonun planını "yaxşı" adlandırıb: "Bu, yaxşı plandır. Orada sadələşdirilməli və daha yaxşı izah edilməli olan şeylər var, lakin biz demək olar ki, oradayıq. Düşünürəm ki, [Ukrayna] prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlara gələndə, o, çox güman ki, bunu edəcək, lakin heç bir zəmanət olmasa da, bu planın yaxşı hesab ediləcəyi şansı olacaq", - ABŞ rəsmisi vurğulayıb.