Kaya Kallas Rusiyanın Estoniya hava məkanını pozmasını təhlükəli təxribat adlandırıb
Digər ölkələr
- 19 sentyabr, 2025
- 20:21
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya qırıcılarının Estoniya hava məkanını pozmasını pisləyib.
"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
Kallas Rusiya hərbi təyyarələrinin Estoniya hava məkanını pozmasını son dərəcə təhlükəli təxribat adlandırıb.
"Bu, son günlər ərzində Aİ-nin hava məkanının artıq üçüncü belə pozulmasıdır ki, bu da regionda gərginliyi daha da artırır. Aİ Estoniya ilə tam həmrəydir", - o əlavə edib.
Diplomat Estoniya hökuməti ilə təmasda olduğunu bildirib və Avropa resursları ilə müdafiəni gücləndirməkdə üzv dövlətlərə Aİ-nin dəstəyini vəd edib.
Son xəbərlər
09:14
EIA Azərbaycanda neft hasilatı üzrə 2026-cı il proqnozunu sabit saxlayıb
Energetika09:13
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları 3 növdə çıxış edəcəklər
Fərdi09:10
EIA Azərbaycanda neft hasilatı üzrə 2025-ci il proqnozunu dəyişməyib
Energetika09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.11.2025)
Maliyyə09:00
DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün İslandiya ilə üz-üzə gələcək
Futbol08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (13.11.2025)
Maliyyə08:47
"Boeing" qəzada həlak olan şəxsin ailəsinə 28 milyon dollardan çox təzminat ödəyəcək
Digər ölkələr08:15
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
İnfrastruktur08:05