Kanadada minlərlə insan daşqınlara görə evlərini tərk edib
Digər ölkələr
- 28 aprel, 2020
- 23:11
Kanadanın Albert əyalətinin Fort-Makmyurrey şəhərində çayların daşmasına görə 12 min sakin öz evlərini tərk etməyə məcbur olublar.
Bu barədə “Report” CBC telekanalına istinadən xəbər verir.
Məlumata görə, daşqınlar bazar günü – aprelin 26-da güclənib. Həmin vaxt Atabaska və Kliruoter çaylarında suyun səviyyəsi kəskin yüksəlib.
Fövqəladə Vəziyyətlər üzrə yerli idarənin başçısı Skott Devis bildirib ki, bazar ertəsi - 27 apreldə, 200-dən çox xilasetmə əməliyyatı keçirilib.
"Mənim bildiyimə görə, bu, son 100 il ərzində regionda bu ən güclü daşqındır", - Devis vurğulayıb.
Fort-Makmyurrey şəhərinin əhalisi təxminən 66,5 min nəfərdir.
Son xəbərlər
11:09
Foto
Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
Xarici siyasət11:03
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
Xarici siyasət11:01
Foto
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Daxili siyasət10:59
Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək
Region10:51
"Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin balans kapitalı 38 %-dək azalıb
Maliyyə10:48
FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır
Daxili siyasət10:44
Foto
İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub
Daxili siyasət10:31
Foto
Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib
Hərbi10:29