Kanadada ayının hücumu nəticəsində 11 nəfər yaralanıb
- 22 noyabr, 2025
- 07:37
Kanadada, Vankuverdən təxminən 700 kilometr şimal-qərbdə yerləşən Bella-Kula bölgəsində ayı bir qrup məktəbliyə və onların müəlliminə hücum edərək 11 nəfəri yaralayıb.
"Report"un məlumatına görə, bu barədə "Daily Record" xəbər yayıb.
Dördüncü və beşinci sinif şagirdlərindən ibarət qrup gəzintidə olarkən ayı onlara hücum edib. Zərərçəkənlərdən birinin anasının sözlərinə görə, 10 yaşlı oğlu Alvares heyvana o qədər yaxın olub ki, "onun yununu hiss edib". Müəllimlərdən biri ayının hücumunun əsas zərbəsini üzərinə götürərək uşaqları qorumağa çalışıb.
Yaralılardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə kritikdir. Polis və vəhşi təbiəti mühafizə xidmətinin əməkdaşları hadisə yerində işləyir. Hadisə səbəbindən yerli məktəbdə dərslər ləğv edilib.