Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü

Digər ölkələr
  • 02 sentyabr, 2020
  • 08:22
Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü

Kambocanın qırmızı kxmerlərinin liderlərindən biri olan Kainq Kek İev 77 yaşında ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bir zamanlar “S-21” həbsxanasının rəisi olub.

Kainq Kek İev 17 minə yaxın məhbusun işgəncə ilə öldürülməsində ittiham edilib.

Beynəlxalq tribunalın yaydığı açıqlamda bildirilib: “Sentyabrın 2-də yoldaş Duç (partiyadakı ləqəbidir-red.) Kambocanın paytaxtı Pnompendə kxmer-sovet xəstəxanasında ölüb”.

Qeyd edək ki, qırmızı kxmerlər 1975-1979-cu illərdə Kambocanı idarə edib. Onlar 2,7 milyon kambocalının ölümündə təqsirli biliblər.

BMT-nin qərarına əsasən, 2003-cü ildə qırmızı kxmerlərin məhkəməsinə razılıq verilib. Məhkəmə araşdırması 2009-cu ildə başlayıb. Həmin dövrə qırmızı kxmerlərin 5 lideri sağ qalıbmış. Onlar soyqırım, hərbi cinayət törətmək və insan haqlarını pozmaqda ittiham olunublar.

2010-cu ildə Kainq Kek İev 35 il müddətinə azadlıqdan məhrum edilmişdi.