Kamboca ilə münaqişədə 17 Tailand hərbçisi həlak olub
Digər ölkələr
- 16 dekabr, 2025
- 08:30
Kamboca ilə sərhəd münaqişəsində 17 Tailand hərbçisi həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Matchon" qəzeti məlumat yayıb.
15 dekabrda davam edən qarşıdurmalar zamanı Tailand Quru Qüvvələrinin zabiti həlak olub.
Xatırladaq ki, iki dövlət arasında silahlı toqquşmalar 7 dekabrda başlayıb.
Bir gün sonra rəsmi Banqkok bəyan edib ki, Kamboca sərhəd bölgəsindəki mövqelərini atəşə tutub.
Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Rəsmi Pnompen hərbçiləri arasında itkilərin olması barədə məlumat verməsə də, Tailand toqquşmalarda 200-dən çox Kamboca əsgərinin həlak olduğunu bəyan edib.
Kambocanın informasiya naziri Net Pheaktra əvvəllər 15 mülki şəxsin öldüyün açıqlayıb.
Son xəbərlər
15:20
Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq
Region15:16
Kobaxidze ABŞ ilə barışmağı səbirlə gözləyir
Region15:10
FIFA prezidenti Canni İnfantino maaşını 30 milyon dollara çatdırmaq istəyib
Futbol15:09
Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
Energetika14:57
Xocavənddə minatəmizləmə əməkdaşı minaya düşərək xəsarət alıb
Hadisə14:38
Fars: İran Hörmüz boğazını açmayacaq
Region14:36
Foto
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Maraqlı14:35
Foto
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
Fərdi14:33