Kallas: Aİ Ukraynanı maliyyələşdirmək üçün böyük vəsait çatışmazlığı ilə üzləşir

Digər ölkələr
  • 30 avqust, 2025
  • 18:40
Kallas: Aİ Ukraynanı maliyyələşdirmək üçün böyük vəsait çatışmazlığı ilə üzləşir

Avropa İttifaqı ölkələri 2026-cı ildə Ukraynanı maliyyələşdirmək üçün böyük vəsait çatışmazlığı ilə üzləşirlər.

"Report" xəbər verir, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Kallas vurğulayıb ki, bu baxımdan Rusiyanın dondurulmuş aktivlərindən istifadə məqsədəuyğun olardı və bu, yekdil qərar tələb edir.