Kaliforniyada təyyarə yaşayış evinin üzərinə düşüb
Digər ölkələr
- 20 noyabr, 2017
- 22:27
Bakı. 21 noyabr. REPORT.AZ/ Cümə günü ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində "Cessna 172" tipli yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.
“Report” xəbər verir ki, "The Mercury News" nəşrinin məlumatına görə, təyyarənin göyərtəsində üç nəfər olub, onlardan ikisi kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daha bir nəfər yüngül xəsarət alıb. Ev sakinlərindən xəsarət alan olmayıb.
Bildirilir ki, pilot havaya qalxdıqdan dərhal sonra texniki qüsurla bağlı Reyd-Xillvyu aerodromu ilə əlaqə saxlayıb. O, aerodroma dönmək istəyib, lakin zolağa yetişə bilməyib.
Son xəbərlər
00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:47
Gürcüstanın bir neçə şəhərində elektrik enerjisi kəsilib
Region00:21
Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Region00:00
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq edib
Region23:45
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub
Digər ölkələr23:32
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
Hadisə23:28
Naxçıvanın bəzi ərazilərində qaz kəsiləcək
Energetika23:26
Ağdamda başlayan yanğın daha da genişlənib – YENİLƏNİB
Hadisə23:25